Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub:
“İkitərəfli münasibətlərin gələcək inkişafının müxtəlif aspektləri, o cümlədən iqtisadi-ticarət, energetika və nəqliyyat sahələrində əməkdaşlıq müzakirə olunub”.
























