Rusiya Prezidenti Vladimir Putin Krım və Sevastopolda yanacaq qiymətlərinin artması səbəbindən təcili subsidiya ayrılması barədə göstəriş verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Putin bildirib ki, “vətəndaşlar bu problemləri hiss etməməlidir” və aidiyyəti qurumlardan qərarların daha operativ qəbul edilməsini tələb edib.
Rusiya Prezidenti, həmçinin iddia edib ki, Ukrayna Rusiya cəmiyyətində təşviş yaratmağa çalışır. Bununla belə, o, ölkənin enerji sektorunun dayanıqlılığına görə bu cəhdlərin nəticə verməyəcəyini vurğulayıb.
“Qərarlar daha tez qəbul edilməlidir. Kiyev Rusiya cəmiyyətində panika yaratmağa çalışır, lakin enerji sektorunun dayanıqlılığı nəzərə alınsa, bu, mümkünsüz bir vəzifədir”, – deyə Putin bildirib.
Jalə
























