Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı bildirib ki, Rusiyanın Ukraynaya gecə endirdiyi kütləvi hava zərbələri səbəbindən hərbi aviasiyanı havaya qaldırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Polşa ordusu X şəbəkəsində məlumat yayıb.
“Polşa hava məkanında Rusiyanın Ukraynaya raket zərbələri ilə əlaqədar hərbi aviasiya əməliyyatları başa çatıb. Aktivləşdirilmiş yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri standart əməliyyat fəaliyyətinə qayıdıb”, – komandanlıq bildirib.
Ölkənin Silahlı Qüvvələrinin məlumatına görə, Polşa hava məkanının pozulması halı müşahidə olunmayıb.
























