Türkiyənin Ordu vilayətinin Ünye rayonunda sahil ərazisində pilotsuz sualtı aparatı aşkarlanıb.
Hadisə Ünye rayonunun Yüceler məhəlləsi sahilində qeydə alınıb. İlkin məlumata görə, sahildə naməlum cismin olduğunu görən vətəndaşlar dərhal aidiyyəti qurumlara məlumat veriblər. Əraziyə jandarma qüvvələri cəlb olunub.
İNFOAZ.MEDİA xəbər verir ki, ilkin baxış zamanı cismin pilotsuz sualtı aparatı olduğu müəyyən edilib.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində pilotsuz sualtı aparatı ətraflı araşdırmadan sonra sahildən təxminən 3.22 kilometr uzaqlığa aparılaraq nəzarətli şəkildə məhv ediləcəyi planlaşdırılır.
Hadisə ilə bağlı araşdırma davam edir.
Rauf




























