İran hökumətinin müşaviri və ölkə prezidentinin oğlu Yusif Pezeşkian İranın yeni ali rəhbəri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Pezeşkian bu barədə teleqram kanalında yazıb.
O qeyd edib ki, Müctəba Xamenei ilə bağlı yayılan yaralanma xəbərləri həqiqəti əks etdirmir.
Müşavirin sözlərinə görə, o məlumatı dəqiqləşdirib və ona “şükürlər olsun ki, ali rəhbər sağ-salamatdır və hər şey qaydasındadır” cavabı verilib.
Qeyd edək ki, bir sıra Qərb nəşrlərində Müctəba Xameneinin müharibənin ilk günündə yaralandığı və komada olduğu ilə bağlı xəbərlər yayılıb.
























