İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkənin ali rəhbəri Əli Xamenei kütləvi qırğın silahlarının istehsalını dini baxımdan yasaqlayıb və bu qərar Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını göstərir.
İNFOAZ.MEDİA xəbər verir ki, Pezeşkian bu açıqlamanı ABŞ-la planlaşdırılan nüvə danışıqlarının üçüncü mərhələsi öncəsi səsləndirib.
O qeyd edib ki, Xamenei hələ 2000-ci illərin əvvəllərində verdiyi fitva ilə nüvə silahının hazırlanması və istifadəsini haram elan edib.
Rauf
























