image-5794357941614874728backend

Pakistan və İran rəsmiləri ABŞ-ın öhdəliklərini müzakirə etdi

Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Münir İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafla görüşüb.

İNFOAZ.MEDİA xəbər verir ki, Qalibaf bildirib ki, ABŞ İslamabad memorandumunda üzərinə götürdüyü öhdəlikləri dəfələrlə yerinə yetirməyib. Onun sözlərinə görə, bu vəziyyət regional sabitliyə zərər vurub və İranın Vaşinqtona etimadsızlığını daha da artırıb.

İran parlamentinin spikeri ölkəsinin razılaşmaya sadiq qaldığını və ABŞ-ın öz öhdəliklərini yerinə yetirməsini gözlədiyini vurğulayıb.

Asim Münir isə Pakistanın regionda sülh və sabitliyin bərpasına kömək etmək istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki