Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə çıxışı zamanı bildirib ki, Avropa İttifaqı artıq müharibə iqtisadiyyatına keçib və Ukraynaya dəstəyini artırır. Onun sözlərinə görə, Aİ əsgərlərinin Ukraynada peyda olacağı qaçılmazdır, lakin Macarıstan münaqişəyə qatılmayacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, Orban vurğulayıb ki, Macarıstan “təhlükəsizlik adası” olaraq qalacaq və ölkə vətəndaşlarını müharibənin fəsadlarından qoruyacaq.
“Biz bundan uzaq durmalıyıq. Macarıstanı bu qeyri-sabit dünyada sülh və təhlükəsizlik adası kimi qoruyacağıma söz verirəm”, – deyə Orban əlavə edib.
Rauf
























