image-5262676028713276404-768x512backend

Onları Prezidentlə xanımı qarşıladı – Foto

Fevralın 27-da Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.

İNFOAZ.MEDİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verdi.

Efiopiya Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçdi.

Sonda rəsmi foto çəkdirildi.

image-5262676028713276406-768x504 image-5262676028713276402-768x561 image-5262676028713276403-768x537 image-5262676028713276410-768x548 image-5262676028713276408-768x549 image-5262676028713276409-768x489 image-5262676028713276404-768x512 image-5262676028713276405-768x507 image-5262676028713276407-768x520


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki