Benyamin Netanyahu ölkənin müdafiə və hərbi imkanları ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Baş nazir bildirib ki, İsrail-in hava hücumundan müdafiə sistemləri dünyada ən qabaqcıl texnologiyalar sırasındadır və bu sahədə ölkə öz effektivliyini sübut edib. Onun sözlərinə görə, bir çox dövlətlər İsraildən müdafiə sahəsində dəstək və əməkdaşlıq istəyir, çünki həm müdafiə, həm də hücum imkanları baxımından ölkəni ön sıralarda görürlər.
Netanyahu əlavə edib ki, İsrailin strateji hədəflərindən biri ölkəni regionda və qlobal miqyasda daha güclü mövqeyə gətirməkdir. O, bu istiqamətdə davam edən inkişaf və müdafiə siyasətinin ölkənin təhlükəsizliyini daha da möhkəmləndirdiyini vurğulayıb.
Rauf
























