image-gettyimages-1185365455backend

Nobel mükafatı laureatı Epşteynlə dostluğuna görə istefa verdi

Riçard Aksel, Ceffri Epşteynlə uzunmüddətli əlaqələri səbəbindən Kolumbiya Universitetinin Mortimer B. Zuckerman Mind Brain Behavior İnstitutuna rəhbərlik etdiyi vəzifədən istefa verib.

İNFOAZ.MEDİA xəbər verir ki, universitetin açıqlamasına görə, 79 yaşlı alim həmkarlarından və tələbələrindən üzr istəyib, Epşteynlə münasibətlərini ciddi səhv adlandıraraq peşman olduğunu bildirib.

Bununla belə, Aksel Kolumbiya Universitetində uzun illərdir tutduğu professor vəzifəsini və laboratoriyasındakı elmi fəaliyyətini davam etdirəcək. Universitet rəhbərliyi onun hər hansı qanun pozuntusuna yol verdiyinə dair sübut olmadığını qeyd edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki