Netanyahubackend

Netanyahu İran xalqına müraciət etdi

Benyamin Netanyahu bildirib ki, İsrail və ABŞ-ın İrana mümkün hücumu İran xalqının öz taleyini müəyyənləşdirməsi üçün şərait yarada bilər. O, İranda hakimiyyət dəyişikliyini görmək istədiyini vurğulayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Donald Tramp da bu mövqeyi dəstəklədiyini açıqlayıb.

Dekabr–yanvar aylarında İranda etirazlar baş verib, hakimiyyət internetə çıxışı məhdudlaşdırıb. Tramp Tehranı etirazçılara qarşı zorakılıqdan çəkinməyə çağırıb və əks halda müdaxilə edə biləcəklərini bildirib. Həm etirazçılar, həm də təhlükəsizlik qüvvələri arasında itkilər olduğu qeyd olunub. ABŞ-ın İrana zərbə endirməyi nəzərdən keçirdiyi, lakin bundan imtina etdiyi barədə xəbərlər yayılıb.

Sonradan Tramp “böyük bir ordu”nun İrana yaxınlaşdığını bəyan edib və İran rəhbərliyini danışıqlara dəvət edib. Cenevrədə nüvə məsələsi ilə bağlı görüşlər keçirilib.

Fevralın 28-də Tramp İranla bağlı “böyük və çətin qərar” veriləcəyini deyib. Həmin gün İsrail İrana qarşı qabaqlayıcı hücuma başlayıb, daha sonra Tramp hərbi əməliyyat elan edib və iranlıları əməliyyat bitənədək gizlənməyə çağıraraq təhlükəsizlik qüvvələrindən silahı yerə qoymağı tələb edib.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki