ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Nensi Meys senator Lindsi Qremin vəfatından sonra boşalan Senat mandatına namizəd olmağı nəzərdən keçirir.
İNFOAZ.MEDİA xəbər verir ki, Politico nəşrinin məlumatına görə, Meys mümkün seçki kampaniyası ilə bağlı ictimai rəy sorğularına başlayıb.
Bununla belə, nəşr yazır ki, Nensi Meys bu yarışda ABŞ Prezidenti Donald Trampın dəstəyi olmadan qala bilər. Bildirilir ki, son dövrlərdə tərəflər, xüsusilə də Ceffri Epşteyn işi ilə bağlı sənədlər mövzusunda fikir ayrılığı yaşayıblar.
Rauf
























