Fransa Yaxın Şərqdə artan gərginlik fonunda hərbi proseslərə qoşulub. Fransaya məxsus qırıcı təyyarələr Birləşmiş Ərəb Əmirlikləri ərazisində İran istehsalı olduğu iddia edilən pilotsuz uçuş aparatlarını məhv edib.
İNFOAZ.MEDİA -nın məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Jean-Noël Barrot açıqlama verib. O bildirib ki, Fransa hərbi qüvvələri regiondakı kontingentin və müttəfiq ölkələrin təhlükəsizliyini qorumaq məqsədilə operativ tədbirlər görüb.
Nazirin sözlərinə əsasən, zərərsizləşdirilən pilotsuz aparatların BƏƏ hava məkanında təhlükə yaratdığı müəyyən edilib və hava hücumundan müdafiə sistemləri dərhal işə salınıb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb, həmçinin hər hansı dağıntı qeydə alınmayıb.
Məlumatda qeyd olunur ki, Fransa Silahlı Qüvvələri BƏƏ-də yerləşən hərbi bazalarda fəaliyyət göstərir və bölgədə sabitliyin təmin olunması üçün tərəfdaşlarla sıx koordinasiya şəraitində çalışır. Rəsmi Paris insidenti beynəlxalq təhlükəsizlik üçün risk kimi dəyərləndirib.
Jalə
Посмотреть эту публикацию в Instagram
























