NATO liderləri Ankara Sammitinin yekununda qəbul edilən Bəyannamədə Alyansın kollektiv müdafiə prinsipinə sadiqliyini bir daha təsdiqləyiblər.
İNFOAZ.MEDİA xəbər verir ki, sənəddə vurğulanıb ki, “Bir müttəfiqə edilən hücum hamıya edilmiş hücumdur.” Bildirilib ki, NATO-nun birliyi, həmrəyliyi və kollektiv gücü Alyansa üzv ölkələrin təxminən bir milyard vətəndaşının sülh, təhlükəsizlik və rifahının əsasını təşkil edir.
Bəyannaməyə əsasən, müttəfiq ölkələr 2026-cı il üçün Ukraynaya 70 milyard avro həcmində hərbi texnika, yardım və təlim dəstəyi göstərməyi öhdələrinə götürüblər. Eyni zamanda, onlar 2027-ci ildə də ən azı eyni səviyyədə dəstəyi davam etdirmək niyyətlərini təsdiqləyiblər.
Sənəddə həmçinin qeyd olunub ki, İranın heç vaxt nüvə silahına sahib olmaması vacibdir. NATO müttəfiqləri Tehranı Hörmüz boğazında naviqasiya azadlığına tam hörmət etməyə çağırıblar.
Jalə
























