image-5949331880756842094backend

NASA bir il davam edəcək Ay və Mars missiyasının simulyasiyası üçün 4 könüllü axtarır

NASA 2027-ci ilin avqust ayından tez başlamayacaq bir illik Ay və Mars missiyası simulyasiyası üçün 4 könüllü seçəcəyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, layihə çərçivəsində iştirakçılar tam izolyasiya olunmuş yaşayış məkanında qalacaq, qida yetişdirəcək, sağlamlıqlarını mütəmadi izləyəcək, simulyasiya edilmiş kosmik yürüşlər həyata keçirəcək və Marsda bir sutkanın Yer günündən 40 dəqiqə daha uzun olmasına uyğunlaşacaqlar.

Tədqiqatın əsas məqsədi uzunmüddətli kosmik missiyaların insan orqanizminə və psixoloji vəziyyətinə təsirlərini öyrənməkdir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki