Azərbaycan mobil operatoru Nar ilə bağlı istifadəçi narazılığı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
İNFOAZ.MEDİA xəbər verir ki, o iddia edir ki, 30 günlük müddət üçün 25 GB internet və 250 dəqiqə danışıq paketi əldə edib. Lakin buna baxmayaraq, nömrədən hər gün əlavə olaraq 1 AZN məbləğində vəsait çıxılır.
Şikayətçi bildirir ki, paket aktiv olduğu halda gündəlik ödənişin davam etməsi aydın izah olunmayıb və bu səbəbdən əlavə xərclə üzləşib:
“Əgər paket almışamsa, niyə hər gün əlavə pul çıxılır? Bu barədə əvvəlcədən məlumat verilməyib. Nəticədə təxminən 15 manata yaxın əlavə vəsaitim gedib.”
Hazırda məsələ ilə bağlı Nar tərəfindən rəsmi açıqlama verilməyib.
Orxan


























