Mərkəzi Seçki Komissiyası sədrinin aylıq vəzifə maaşı artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, sədrin maaşı 3060 manatdan 12 000 manata qaldırılıb.
Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, hazırda Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahovdur.
























