Hindistanın Baş naziri Narendra Modinin Yeni Zelandiyaya planlaşdırılan səfərinin proqramı hazırlanarkən onun yaşı ilə bağlı bəzi xüsusi məqamlar nəzərə alınıb. Bu barədə Stuff nəşri məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, 75 yaşlı baş nazirin iş qrafikinə planlaşdırılmış istirahət fasilələri daxil edilib, həmçinin tədbirlərin pilləkənlərdən istifadəni tələb etməyən məkanlarda keçirilməsi nəzərdə tutulub.
Nəşr yazır ki, bu seçimlər Modinin bir neçə il əvvəl ictimai tədbirlərin birində yıxılmasından sonra təhlükəsizlik və rahatlıq baxımından qəbul edilib.
Bununla yanaşı, Modinin Yeni Zelandiya səfəri ölkədə xarici dövlət xadimi üçün həyata keçirilən ən genişmiqyaslı təhlükəsizlik tədbirlərindən biri ilə müşayiət olunacaq.
Rauf
























