Miqrantlarla dolu sürətli qayıqların İspaniyanın materik sahillərinə, o cümlədən turistlərin istirahət etdiyi çimərliklərə insanları çıxardığı bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki,qayıqlar sahilə yaxınlaşaraq miqrantları endirdikdən sonra dərhal geri qayıdır və növbəti qrupları gətirmək üçün yenidən dənizə çıxırlar.
Qanunsuz miqrant daşımalarını təşkil edən şəxslərin taktikasını dəyişdirdiyi və getdikcə daha çox Afrikadakı İspaniya eksklavları olan Seuta və Melilyadan yan keçərək, insanları birbaşa dəniz yolu ilə İspaniyanın cənubundakı materik ərazilərinə çatdırdığı qeyd olunur.
İspaniya hüquq-mühafizə orqanları bunun sahil mühafizə xidmətinə əlavə yük yaratdığını bildirirlər.
Rauf
























