image-nikolas-altmayer-700x403backend

Məşhur prodüser və sevgilisi qəzada həlak oldu

“OSS 117” və “Brice de Nice” filmlərinin prodüseri Nikolas Altmayer və sevgilisi, “Dior” moda evinin tanınmış simalarından Matilda Favier Fransada baş verən yol qəzasında həyatlarını itiriblər.

Cütlük avqustun 17-də Airvault şəhəri yaxınlığındakı avtomobil yolunda qəza keçirib. Hər ikisi hadisə yerində həlak olub.

Niort prokurorluğunun məlumatına görə, qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma başlanıb. Fakt üzrə sürücü tərəfindən ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə istintaq aparılır. Belə ki, hadisənin cütlüyün olduğu maşının başqa bir avtomobili ötərkən əks istiqamətdən gələn yük maşını ilə toqquşduğu bildirilir.

Qeyd edək ki, 57 yaşlı Matilda “Dior” markasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışırdı. 61 yaşlı Nikolas isə qardaşı Erik Altmayerlə birlikdə rəhbərlik etdiyi “Mandarin & Compagnie” şirkətinin prodüseri olub.// Axşam.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki