Almaniya kansleri Fridrix Mertsbackend

Merts: ABŞ-ın İrana zərbələri əsaslı idi

Almaniya Kansleri Fridrix Merts İranla bağlı açıqlamasında ABŞ-ın hərbi əməliyyatlarını müdafiə edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Merts bildirib ki, razılaşmanın pozulmasına səbəb olan addımlar məhz İran tərəfindən atılıb. Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri Prezident Donald Trampın əmri ilə buna qətiyyətli şəkildə cavab verib.

“Razılaşmanın pozulması açıq şəkildə İranın hərəkətlərindən qaynaqlandı. ABŞ Silahlı Qüvvələri Trampın əmri ilə buna sərt cavab verdi. Bu gün də dediyim kimi, bəli, bu addım əsaslı idi,” – deyə Almaniya kansleri vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki