İranın XİN müavini Məcid Təxt-Rəvançi ABŞ və İsrailin zərbələri zamanı ağır yaralanıb, vəziyyətinin kritik olduğu bildirilir. Hadisənin dəqiq şəraiti və yeri açıqlanmayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, görüntülərdə diplomatın üzündə qançır və boynunda tibbi boyunluq görünür. Rəsmi Tehran hələ geniş açıqlama verməyib.
ABŞ və İsrailin zərbələri regiondakı gərginliyi artırıb; İran buna cavab olaraq İsrail və ABŞ obyektlərinə raket və PUA hücumları həyata keçirir.
Rauf
























