Martın 11-də İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundu keçirilə bilər
Ukraynadakı münaqişənin həlli ilə bağlı yeni diplomatik addım gözlənilir. Moskva, Vaşinqton və Kiyev arasında üçtərəfli danışıqların növbəti mərhələsi martın 11-də İstanbulda keçirilə bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər arasında keçiriləcək görüşdə Ukraynadakı münaqişənin həlli yolları və mümkün razılaşmalar müzakirə olunacaq.
Bəyanatda qeyd olunur: “Üçtərəfli danışıqların növbəti mərhələsi martın 11-də İstanbulda keçiriləcək.”
Hələlik görüşün rəsmi proqramı və iştirakçıların səviyyəsi ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Jalə
























