Fransa Prezidenti Emmanuel Makron ölkəsinin beynəlxalq münasibətlərdə eyni prinsipləri bütün regionlarda müdafiə etdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Makron qeyd edib ki, Fransa İraqın suverenliyini Bağdad Konfransları çərçivəsində, eləcə də Livan, Suriya və Fələstin məsələlərində ardıcıl şəkildə dəstəkləyir.
Fransa Prezidenti vurğulayıb ki, bu məsələlərdə ikili standart tətbiq edilmir. Onun sözlərinə görə, əks halda Fransanın Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə qarşı Ukraynanın suverenliyini müdafiə etməsi inandırıcı olmazdı.
Makron əlavə edib ki, Suriya Prezidenti Əhməd əl-Şaraa və digər regional liderlərdən də Ukrayna məsələsində Fransanın müdafiə etdiyi beynəlxalq hüquq prinsiplərini dəstəkləmələrini gözləyirlər.
O bildirib ki, beynəlxalq hüququn prinsipləri coğrafi mövqedən asılı olaraq dəyişmir və bütün ölkələr üçün eyni şəkildə tətbiq olunmalıdır.
Jalə
























