image-untitled-2backend

“Liverpul” “Galatasaray”a Azərbaycansayağı QOL VURDU

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində İngiltərənin Liverpool klubu Türkiyənin Galatasaray komandasını qəbul edib.

İNFOAZ.MEDİA xəbər verir ki, gərgin və maraqlı keçən oyunun ilk hissəsi qonaq komandanın üstünlüyü ilə yadda qalıb. Belə ki, ilk 45 dəqiqə Liverpool klubunun 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, yeganə qol künc zərbəsindən sonra vurulub. Top cərimə meydançasına ötürülərkən müdafiəçilər arasında qarışıqlıq yaranıb və nəticədə qapıya yol tapıb. Maraqlıdır ki, bu epizod futbol azarkeşlərinin tez-tez “Azərbaycansayağı qol” kimi ifadə etdiyi situasiyalara bənzədilib.

“Azərbaycansayağı künc zərbəsi” (və ya qol), əsasən Vaqif Sadıqovun taktikası kimi tanınan, küncdən ötürmə zamanı rəqib müdafiəçilərini çaşdırmaq üçün komanda yoldaşlarının ön dirəkdə sıxlıq yaradaraq topun arxa dirəyə ötürülməsi ilə vurulan xüsusi “ev tapşırığı” qoludur. Bu taktika beynəlxalq səviyyədə də tanınaraq tətbiq olunur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki