DRONbackend

Latviyaya RUSİYA DRONU DÜŞDÜ

Latviya ərazisində pilotsuz uçuş aparatının partlaması ilə bağlı hadisə qeydə alınıb. Ölkənin Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

İNFOAZ.MEDİA xəbər verir ki, erkən xəbərdarlıq sistemləri Kraslava rayonu ərazisində partlayışa bənzər səsi qeydə alıb. Hadisə yerinə cəlb olunan müvafiq qurumlar ərazidə pilotsuz təyyarənin qalıqlarını aşkar ediblər.

İlkin məlumatlara görə, pilotsuz aparatın Rusiya istiqamətindən gəldiyi ehtimal olunur. Hadisənin hansı şəraitdə baş verdiyi və məqsədi ilə bağlı araşdırmalar davam edir.

Rəsmi qurumlar təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki