İran rəsmisi Laricani bildirib ki, düşmən bölgədə yerləşən bazalardan istifadə edərək İrana hücum edərsə, Tehran buna cavab verməyə davam edəcək. Onun sözlərinə görə, bu, İranın haqqıdır və dəyişməz siyasətidir.
İNFOAZ.MEDİA xəbər verir ki, Laricani qeyd edib ki, İranın Azərbaycan Respublikası ilə problemi yoxdur. Lakin Azərbaycanın ərazisindən İrana qarşı hər hansı bir plan həyata keçirilərsə, buna qarşılıq veriləcək.
O əlavə edib ki, region ölkələri ABŞ-ın öz ərazilərindən İrana qarşı istifadə etməsinə mane olmalıdır, əks halda İran özü buna mane olacaq.
Orxan Məhərrəmov
Посмотреть эту публикацию в Instagram
























