image-5771924051822580177backend

Kuşner Netanyahunu Trampın Qəzza atəşkəs planını irəlilətməyə razı salmağa çalışıb

ABŞ Prezidenti Donald Trampın kürəkəni və Yaxın Şərq üzrə nümayəndəsi Cared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə dörd saatdan çox görüşərək Trampın Qəzza üzrə atəşkəs planının irəlilədilməsinə çalışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, CNN-in məlumatına görə, Netanyahu plana qarşı müqavimət göstərib. İsrail Baş naziri mümkün geri çəkilmənin oktyabrda keçiriləcək seçkilərlə bağlı siyasi vəziyyətə təsir edə biləcəyini nəzərə çatdırıb.

Netanyahu həmçinin İsrail qüvvələrinin Qəzzadan hər hansı geri çəkilməsindən əvvəl HƏMAS-ın tamamilə silahsızlandırılmasını tələb edib.

Kuşnerin səfəri Tramp administrasiyasının Qəzzada sülh planını yenidən gündəmə gətirmək və tərəflər arasında danışıqları bərpa etmək cəhdləri çərçivəsində baş tutub.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki