Ağ Ev İranla bağlı son vəziyyətə dair açıqlama yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, , Hörmüz boğazı İran limanlarına gedən və ya oradan çıxan gəmilər istisna olmaqla, digər beynəlxalq gəmiçilik üçün açıqdır.
Açıqlamada həmçinin vurğulanıb ki, ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens İran məsələsində eyni mövqedən çıxış edirlər.
Ağ Ev qeyd edib ki, Tramp administrasiyası İranı istənilən vaxt və istənilən yerdə hədəfə ala biləcəyini nümayiş etdirib. Bildirilib ki, ABŞ-nin zərbələrindən sonra İranın özünü müdafiə imkanları demək olar ki, tamamilə sıradan çıxarılıb.
Rauf
























