image-04082026-uss-peleliu-being-hit-by-harpoon-missile-credit-us-department-of-warbackend

İstismardan çıxarılan USS Peleliu sualtı qayıqdan buraxılan iki Harpoon raketi ilə vuruldu

ABŞ Hərbi Dəniz Qüvvələrinin RIMPAC 2026 təlimləri çərçivəsində Havay adaları yaxınlığında keçirilən SINKEX (gəmi batırma təlimi) zamanı istismardan çıxarılmış USS Peleliu (LHA-5) desant-hücum gəmisi iki sualtı qayıqdan buraxılan Harpoon gəmiəleyhinə raketi ilə vurulub. Raketlər ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Columbia nüvə sualtı qayığından buraxılıb.

İNFOAZ.MEDİA xəbər verir ki, təxminən 40 min ton su tutumuna malik USS Peleliu-ya təlim zamanı İspaniya, Yaponiya və digər müttəfiq qüvvələrin silahları ilə də zərbələr endirilib. Gəmi həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin GARC pilotsuz suüstü vasitəsinin (USV) kamikadze hücumuna məruz qalıb. Bu, ABŞ-ın SINKEX təlimlərində belə pilotsuz vasitədən istifadə edilən ilk hal kimi təqdim olunur.

USS Peleliu 17 iyul 2026-cı ildə, Kauai adasının şimalında, sahildən 50 dəniz milindən çox məsafədə və təxminən 15 min fut dərinlikdə batırılıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki