image-maxresdefaultbackend

İsrailli turistlər İslandiyada fələstinlilərə məxsus kafedə insident törədib

İslandiyanın Keflavik şəhərində bir qrup israilli turist fələstinlilərə məxsus kafeyə daxil olaraq əməkdaşları təhdid edib və divardan Fələstin xəritəsinin əks olunduğu çərçivəni qoparıb. Hadisə təhlükəsizlik kameralarına düşüb.

İNFOAZ.MEDİA xəbər verir ki, qrup kafedəki Fələstinlə bağlı təsvirə etiraz edib və əməkdaşlarla qarşıdurmaya girib. Onlardan birinin xəritənin əks olunduğu çərçivəni divardan çıxarmağa çalışdığı bildirilib.

İnsidentdən sonra qrupun kafeyə qarşı “Google”da təşkilatlanmış şəkildə bir ulduzlu rəylər yazaraq biznesin reytinqinə zərər vurmağa çalışdığı iddia olunub.

Kafenin müharibədən qaçaraq İslandiyaya gələn fələstinli ər-arvad tərəfindən idarə edildiyi və sahibkarların İslandiya hakimiyyətindən hadisə ilə bağlı tədbir görməsini tələb etdiyi bildirilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki