Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru Aleksandr Kinşak “İnterfaks” agentliyinə bildirib ki, Moskva İsraildən Ukraynaya silah tədarükü ilə bağlı məlumatların yalan olduğuna dair zəmanət alır.
Kinşak bildirib ki, “İsrailin Kiyev rejiminə silah tədarükü ilə bağlı biz vaxtaşırı bu cür “dezinformasiya”lar barədə məlumat veririk. Biz bu barədə İsrail tərəfi ilə müxtəlif kanallar vasitəsilə dərhal müzakirə aparırıq və bu cür məlumatların yalan olduğuna dair zəmanətlər, eləcə də Qərbi Qüdsün bu həssas məsələdə dəyişməz mövqeyinin təsdiqini alırıq”.
Diplomat qeyd edib ki, Ukrayna böhranı və Yaxın Şərqdəki gərginləşən vəziyyət Rusiya-İsrail münasibətlərinə xüsusi təsir göstərib. Lakin İsrail, “Qərb müttəfiqlərinin güclü təzyiqinə baxmayaraq, heç vaxt rəsmi olaraq Rusiya əleyhinə sanksiyalara qoşulmayıb”.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























