İsrail İranda QURU ƏMƏLİYYATLARA BAŞLADIbackend

İsrail İranda QURU ƏMƏLİYYATLARA BAŞLADI

Yanvarın 21-nə keçən gecə Mossad və İsrailin xüsusi təyinatlı qüvvələri İran ərazisində quru əməliyyatı həyata keçiriblər.

İNFOAZ.MEDİA Əl-Ərəbiyyə telekanalına istinadən xəbər verir ki, əməliyyat çərşənbə axşamı gecəsi baş tutub. Lakin əməliyyatın dəqiq keçirildiyi ərazi və qarşıya qoyulan məqsədlər açıqlanmayıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda quru əməliyyatına başladığını elan etmişdi.

Açıqlamada qeyd olunub ki, məqsəd İsrailə qarşı təhdidlərin qarşısını almaq və ölkə ərazisinə mümkün nüfuz cəhdlərini əngəlləməkdir. Bildirilir ki, əməliyyat çərçivəsində şiə hərəkatı Hizbullahın infrastrukturuna genişmiqyaslı zərbələr endirilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki