İsrail ordusu Beyrutun cənubundakı Dahiyə qəsəbəsinə 26 hava zərbəsi endirib.
İNFOAZ.MEDİA xəbər verir ki, hücumlarda Hizbullaha aid olduğu iddia edilən obyektlər, o cümlədən İcra Şurasının qərargahı və PUA anbarı hədəf alınıb.
Livan Səhiyyə Nazirliyi bildirir ki, İsrailin son zərbələri nəticəsində 123 nəfər ölüb, 683 nəfər yaralanıb. Əməliyyatlar martın 2-də Livandan edilən hücumlara cavab olaraq başlayıb.
Jalə
























