image-17182188776061126975_1_1745384875backend

İslamabad Talibana açıq müharibə elan etdi

İslamabad Əfqanıstanda hakimiyyətdə olan Taliban administrasiyasına qarşı açıq hərbi əməliyyatlara başlayacağını bəyan edib.

İNFOAZ.MEDİA xəbər verir ki, bu sözləri Pakistanın müdafiə naziri Xavaca Asif səsləndirib.

“Biz sizinlə açıq şəkildə müharibə aparacağıq. Qarşıda ağır və qanlı toqquşmalar var. Pakistan ordusu uzaqdan gəlməyib – biz sizinlə qonşuyuq və bölgəni yaxşı tanıyırıq”, – deyə nazir vurğulayıb.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki