Bağdad Tehrandan ölkənin iqtisadi maraqlarını nəzərə alaraq Hörmüz boğazından neft ixracı üçün xüsusi şərtlər təqdim etməsini istəyib. Bu barədə İraq Parlamentinin sədri Heybət əl-Həlbusinin mətbuat xidmətinin İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibafla görüşündən sonra verdiyi açıqlamada bildirilib.
Əl-Halbusi açıqlamada bildirib ki, “İraq regiondakı şərait və hadisələrdən ən çox təsirlənən ölkələrdən biridir. İraqla İran İslam Respublikası arasındakı münasibətlərin təbiətini nəzərə almaq və İraqa iqtisadi maraqlarını qoruyacaq şəkildə Hörmüz boğazından neft ixracı ilə bağlı xüsusi münasibət göstərmək lazımdır”.
Görüş çərşənbə günü Bağdadda baş tutub. Tərəflər ikitərəfli münasibətlərin vəziyyəti və perspektivlərini, ticarət-iqtisadi əməkdaşlığı, iki ölkənin parlamentləri arasında əlaqələri, eləcə də cari regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Qalibaf Tehranın Bağdadla, ilk növbədə ticarət və iqtisadi məsələlərdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu təsdiqləyib. İran parlamentinin rəhbəri həmçinin iki ölkə arasında əvvəllər bağlanmış müqavilələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























