İranlı general Məhəmməd Rza Nəqdi İranın ali rəhbəri Əli Xameneinin oğlu Müctəba Xameneinin müharibə dövründə niyə ictimaiyyət qarşısına çıxmadığına aydınlıq gətirib.
İNFOAZ.MEDİA xəbər verir ki, PBS News-a müsahibəsi zamanı Nəqdiyə Müctəba Xameneinin müharibə başlayandan bəri niyə görünmədiyi barədə sual verilib.
General bildirib ki, müharibə strategiyası Müctəba Xameneiyə məxsusdur və onun ictimaiyyət qarşısına çıxmaması təhlükəsizliklə bağlıdır:
“Strategiya ona məxsusdur. Düşmənimiz cinayətkardır və heç bir qanuna əməl etmir.”
Jurnalistin bunun təhlükəsizlik səbəbindən olub-olmadığı barədə sualına Nəqdi “Təbii ki, bu, təhlükəsizlik səbəbindəndir. Əlbəttə, başqa səbəb yoxdur” cavabını verib.
Nəqdiyə Müctəba Xameneini şəxsən görüb-görmədiyi də soruşulub. General isə bu suala konkret cavab verməkdən yayınaraq:
“Bu məsələni bir kənara qoyaq”, – deyib.
Jalə
























