İranda ali hakimiyyət dəyişikliyindən sonra Müctəba Xamenei mərhum atasının etdiyi bütün təyinatları təsdiqləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, İran liderinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu qərar əvvəlki ali lider tərəfindən təyin olunmuş yüksək vəzifəli şəxslərin səlahiyyətlərinin davam edib-etməyəcəyi ilə bağlı sorğularından sonra verilib. Bəyanatda bildirilib ki, mövcud fərmanların yenidən nəzərdən keçirilməsinə ehtiyac yoxdur və dövlət idarəçiliyi əvvəlki siyasətə uyğun davam edəcək.
Iran konstitusiyasına əsasən, Ali Rəhbər Keşikçi Şurasına İslam hüquqşünaslarını, məhkəmə hakimiyyətinin rəhbərini, dövlət televiziyasının başçısını, Silahlı Qüvvələrin Baş Qərargah rəisini və İslam İnqilabı Keşikçiləri Korpusunun komandanını təyin edir, həmçinin prezident seçkilərinin nəticələrini təsdiqləyir.
Bununla yanaşı, ABŞ və İsraillə münaqişə zamanı həlak olan bəzi hərbi rəhbərlərin yerinə yeni təyinatların hələ açıqlanmadığı bildirilir.
Rauf
























