Benyamin Netanyahu İranın yeni hərbi və strateji obyektlər inşa etməyə başladığını açıqlayıb. Onun sözlərinə görə, Tehran son dövrlər yeraltı bunkerlər və gizli infrastruktur quraraq ballistik raket proqramını və ehtimal edilən nüvə silahı fəaliyyətlərini qorumağa çalışır.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu bildirib ki, bu proses davam edərsə, İranın raket və nüvə proqramı bir neçə ay ərzində xarici müdaxilə üçün “əlçatmaz” mərhələyə keçə bilər. O vurğulayıb ki, hazırkı mərhələdə tədbirlər görülməsəydi, gələcəkdə bu obyektlərə qarşı əməliyyat aparmaq faktiki olaraq mümkünsüz olardı.
İsrail hökumət başçısı həmçinin qeyd edib ki, İranın yeraltı hərbi infrastrukturu genişləndirməsi regionda təhlükəsizlik balansını dəyişə və Yaxın Şərqdə gərginliyi daha da artıra bilər.
Rauf
Посмотреть эту публикацию в Instagram
























