İranın Küveyt ərazisinə həyata keçirdiyi hücumlar nəticəsində azı 19 nəfər yaralanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Küveytin Səhiyyə Nazirliyi 2 mart tarixində İranın hücumlarından sonra yaydığı rəsmi açıqlamada məlumat verib. Bildirilib ki, hadisə nəticəsində 19 nəfər xəsarət alıb və yaralılara tibbi yardım göstərilir.
Küveyt Müdafiə Nazirliyi-nin sözçüsü Abdullah əl-Sənad da X sosial şəbəkəsində paylaşım edərək məlumatı təsdiqləyib. O bildirib ki, İranın hücumları nəticəsində ölkədə 19 mülki şəxs yaralanıb.
Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verilməyib.
Rauf
























