ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı keçirilən hərbi əməliyyat zamanı itkilərin olduğunu açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, CNN telekanalının ABŞ Mərkəzi Komandanlığı-na istinadən yaydığı məlumata görə, hücum zamanı 18 amerikalı hərbçi yaralanıb.
Mərkəzi Komandanlığın sözçüsü Tim Hokins bildirib ki, ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyat çərçivəsində 18 əsgər ağır xəsarət alıb.
Hazırda yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Rauf
























