İsrail ordusu İranın Qum şəhəri yaxınlığında ballistik raket buraxılış qurğusunu məhv etdiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, qurğu İsrailə zərbə endirməyə hazırlaşırdı. Bundan başqa, İsfahan şəhəri yaxınlığında yerləşən hava hücumundan müdafiə sistemi də zərbə ilə sıradan çıxarılıb.
İsrail Müdafiə Qüvvələri əməliyyatın görüntülərini yayaraq hava məkanında üstünlüyünü artıracaqlarını bildirib.
Qeyd edək ki, İsrail və ABŞ fevralın 28-dən İrana qarşı hərbi əməliyyatlar həyata keçirir. İran isə buna cavab olaraq İsrailə və regiondakı ABŞ bazalarına zərbələr endirir.
Rauf
























