İranın Tehran, Məşhəd və Kerman şəhərləri də daxil olmaqla bir sıra bölgələrində genişmiqyaslı benzin qıtlığı yaşanır.
İNFOAZ.MEDİA xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda müxtəlif şəhərlərdə yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələrin yarandığı görünür. Bəzi məntəqələrin yanacaq çatışmazlığı səbəbindən gecə saatlarında fəaliyyətini dayandırdığı bildirilir.
Kermanda benzinin qiymətinin kəskin artırılması ilə bağlı sınaq tətbiqi ictimai narazılıq ehtimalına görə qısa müddətdə dayandırılıb.
İran hökuməti yanacağın gündəlik tədarükünə limitlərin tətbiqi, avtomobillər üçün daha sərt kvotaların müəyyənləşdirilməsi və ya fərdi yanacaq normalaşdırılması imkanlarını nəzərdən keçirir.
Jalə
























