İranda bəzi xəbər saytlarına giriş bloklanıb
İNFOAZ.MEDİA xəbər verir ki, İranda bir sıra xəbər saytlarına giriş məhdudlaşdırılıb. Bloklanmanın səbəbi hələlik rəsmi qurumlar tərəfindən açıqlanmayıb.
Məlumata görə, istifadəçilər bir neçə onlayn media resursuna daxil olmaqda çətinlik çəkirlər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp son açıqlamasında İrana qarşı hərbi əməliyyatlara başladığını bəyan edib. Hadisələrin fonunda tətbiq edilən məhdudiyyətlərin bununla əlaqəli olub-olmadığı isə hələ ki, məlum deyil.
Orxan Məhərrəmov

























