image-node-154-section-index-3-air-force-desert-falcons-40-jpgbackend

İrana qarşı müharibəyə daha iki ölkə GİRƏ BİLƏR

Səudiyyə Ərəbistanı və BƏƏ-nin İranla mümkün müharibəyə qoşulmaq variantını ciddi şəkildə nəzərdən keçirdiyi bildirilir. Məlumata görə, vəliəhd şahzadə Məhəmməd bin Salman ABŞ-ın zərbələrini dəstəkləməyə prinsipial razılıq verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ər-Riyad əvvəllər öz ərazisinin hücumlar üçün istifadəsinə qarşı olsa da, indi ABŞ qüvvələrinə Kral Fəhd hava bazasından istifadə icazəsi verib.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı münaqişənin genişlənməsinin qarşısını almaq üçün diplomatik səyləri artırır və Yəməndəki husilərin müharibəyə qoşulmaması üçün çalışır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki