İran ABŞ-dan təzminat və Fars körfəzindən qoşunların çıxarılmasını tələb edib.
İNFOAZ.MEDİA xəbər verir ki, İran Yaxın Şərqdə müharibənin başa çatdırılması prosesinə başlamağa razılıq vermək üçün iki əsas şərt irəli sürüb. Bu barədə Möhsün Rzayi SNN telekanalına müsahibəsində açıqlama verib.
Onun sözlərinə görə, ilk şərt ABŞ-dan müharibə nəticəsində dəyən zərərlərə görə kompensasiya ödənilməsidir. İkinci şərt isə ABŞ hərbi qüvvələrinin Fars körfəzindən tam şəkildə çıxarılmasıdır.
Rzayi bildirib ki, Tehran vurulan bütün zərərlərə görə Vaşinqtondan təzminat tələb edir. O, həmçinin İranın gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün 100 faiz təhlükəsizlik zəmanəti istədiyini vurğulayıb.
Keçmiş SEPAH rəhbərinin sözlərinə görə, ABŞ qüvvələri bölgədən çıxarılmadan belə təhlükəsizlik zəmanətinin təmin olunması mümkün deyil.
Orxan
























