Abbas Əraqçibackend

İran XİN başçısı: “Hörmüz boğazının təhlükəsizliyini həmişə İran təmin edib və belə də qalacaq”

İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz keçidi ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçi bildirib ki, ABŞ Prezidenti Donald Trampın bu marşrutun təhlükəsizliyini təmin edən tərəfin bunun qarşılığını almalı olduğu fikri ilə razıdır.

“ABŞ Prezidenti tamamilə haqlıdır. Hörmüz boğazından kommersiya gəmilərinin təhlükəsiz və maneəsiz keçidini təmin edən hər kəs bu xidmətə görə kompensasiya almalıdır. İran həmişə bu boğazın qoruyucusu olub və əbədi olaraq belə qalacaq.”, – deyə o vurğulayıb.

İranlı nazir həmçinin Trampın gündəmə gətirdiyi 20 faizlik ödənişin həddindən artıq yüksək olduğunu bildirib və əlavə edib: “20 faiz, əlbəttə ki, çoxdur. Biz ədalətli olacağıq.”

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki