İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkəsinin nüvə proqramı və digər məsələlərlə bağlı irəli sürülən iddiaları “yalan və dezinformasiya” adlandırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, o, ABŞ-ı və İsrail rejimini İrana qarşı sistemli informasiya kampaniyası aparmaqda ittiham edib. Bəqayi bildirib ki, Vaşinqton və onu dəstəkləyən qüvvələr İranın nüvə proqramı, ballistik raketləri və yanvar hadisələri zamanı itkilərin sayı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar.
Sözçü vurğulayıb ki, “yalanı davamlı təkrarlamaqla onu həqiqət kimi təqdim etmək” üsulu təbliğat metodudur və ictimaiyyət bu cür məlumatlara aldanmamalıdır.
Rauf
























