image-121225aa191bec5e4b478d9a0bfa5cc508afab-1backend

İran Rusiyadan YARDIM İSTƏDİ: İran xalqının hüquqlarını…

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ və İsrailin hücumları fonunda İran Rusiyanın ölkənin qanuni hüquqlarını müdafiə etmək üçün beynəlxalq imkanlarından istifadə edəcəyinə ümid edir.

İNFOAZ.MEDİA xəbər verir ki, o, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı səsləndirib.

Pezeşkianın mətbuat xidməti onun sözlərini belə sitat gətirib:

“İran hazırkı hücumlar qarşısında Rusiya tərəfinin İran xalqının qanuni hüquqlarını dəstəkləmək üçün beynəlxalq potensialından istifadə etməsini gözləyir.”

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki